"Barselona" və "Real"ın əfsanələri üz-üzə gəlir
Digər

"Barselona" və "Real"ın əfsanələri üz-üzə gəlir

  • 2021-07-03

“Barselona” və “Real”ın əfsanəvi futbolçuları yoxlama matçında üz-üzə gələcəklər.

Bu barədə “Barselona”nın mətbuat xidməti məlumat yayıb. Oyun iyulun 20-də, İsrailin Təl-Əviv şəhərində keçiriləcək.

“Barselona” heyətində Deku, Ronaldinyo, Rivaldo, Xavyer Saviola, Ronald de Bur, Migel Soler, Qaiska Mendieta kimi futbolçuların çıxış edəcəyini açıqlayıb. “Real”ın heyətində də əfsanələr olacaq. Ancaq hələ adlar məlum deyil.