Levandovskidən tarixi rekord
Digər

Levandovskidən tarixi rekord

  • 2021-05-22

"Bavariya"nın futbolçusu Robert Levandovski tarixi rekorda imza atıb.

32 yaşlı hücumçu buna Bundesliqanın son turunda "Auqsburq"la matçda (5:2)  fərqlənməklə nail olub. O, cari mövsüm yarışda vurduğu qolların sayını 41-ə çatdırıb. Beləliklə, Polşalı oyunçu Gerd Mülleri geridə qoyaraq (40 qol) Bundesliqada yeni rekord müəyyənləşdirib.


Qeyd edək ki, Levandovski bu mövsüm Bundesliqada 29 matç keçirib.