İtaliya millisində ciddi itki
Digər

İtaliya millisində ciddi itki

  • 2021-07-03

İtaliya millisi ciddi itki ilə üzləşib.

Xarici KİV-lərə əsasən, yığmanın oyunçusu Leonardo Spinazzola zədələnib. 28 yaşlı müdafiəçi Avro-2020-nin 1/4 finalında Belçika ilə görüşün (2:1) 79-cu dəqiqəsində sıradan çıxıb. O, oyuna davam edə bilməyib və əvəzlənib.


Qeyd edək ki, Spinazzola Avro-2020-nin qrup mərhələsində Türkiyə ilə qarşılaşmada (0:3), 1/8 finalda isə Avstriya ilə matçda (2:1) oyunun ən yaxşı futbolçusu seçilib.