"Yuventus" sanksiyalarla üzləşməyəcək
Digər

"Yuventus" sanksiyalarla üzləşməyəcək

  • 2021-07-01

Avropa Superliqası layihəsində iştirak edən "Yuventus" sanksiyalarla üzləşməyəcək.
 

Bunu klub prezidenti Andrea Anyelli Turin təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib. O, artıq UEFA-dan Çemponlar Liqasında iştirak etmələrinə icazə haqqında məktub aldıqlarını deyib:

“Çempionlar Liqasında iştirakımızla bağlı bir məktub aldıq. Avropa futbolunu inkişaf etdirmək üçün dialoqa getmək istəyimizi bir daha təsdiqləyirəm. Təhdidlərdən qorxmuruq. Hərəkətlərimizin qanuni olduğuna əminik" - deyə Anyelli bildirib.

Xatırladaq ki, "Real" və "Yuventus"un Çempionlar Liqasından kənarlaşdırılacaqları haqqında xəbərlər yayılmışdı. "Real"ın prezidenti Florentino Peres və "Yuventus"un rəhbəri Andrea Anyelli Superliqanın əsas təşkilatçıları sırasında idilər.