Laporta: “İngiltərə klubları peşman olacaqlar”
- 2021-07-01
“Barselona”nın prezidenti Joan Laporta növbəti dəfə Avropa Superliqası layihəsi haqqında danışıb.
“Diario Sport”a əsasən, o, İngiltərə klublarının bu yarışdan geri çəkildiklərinə görə peşman olacaqlarını deyib:
“Çətin vəziyyətdəyik. Transfer bazarında pul yoxdur, nə isə dəyişdirilməlidir. İngiltərə klublarının mövqeyinə gəlincə, onlar gec-tez qərarlarından peşman olacaqlar. La Liqa prezidenti Xavyer Tebas isə anlamalıdır ki, Superliqa yerli çempionatlara heç bir şəkildə təsir göstərməyəcək. “Barselona” hər mövsüm qalib olmaq istəyir”.
Qeyd edək ki, aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi” (hamısı İngiltərə), “Real", “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Yuventus”, “Milan” və “İnter” (hamısı İtaliya) klubları Avropa Superliqasını yaratdıqlarını açıqlayıblar. Sonradan "Real", "Barselona" və "Yuventus"dan başqa digər klubun turniri tərk etməsi ilə Avropa Superliqası fəaliyyətini dayandırıb.