Reklam paylaşımının qiyməti 1,6 milyon dollardır
Digər

Reklam paylaşımının qiyməti 1,6 milyon dollardır

  • 2021-07-01

Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronaldo "İnstaqram"da  reklam paylaşımının qiymətinə əsasən illik reytinq siyahısında 1-ci olub.

Bu barədə "The Guardian" nəşrinin hazırladığı siyahıda 36 yaşlı oyunçu ən yüksək pillədə yer alıb. O, sosial şəbəkədəki bir reklam paylaşımı üçün 1,6 milyon dollar qazanır. Ronaldo tarixdə ilk dəfə bu göstəricidə 1-ci olan ilk futbolçu olub. O, güləşçi və aktyor Dueyn Conson və müğənni Ariana Qrandeni geridə qoyub.

Kriştiano ötən il bu reytinqdə 3-cü idi. Həmin vaxt onun bir paylaşımın qiyməti 889 min dolları idi.

Portuqaliyalı oyunçunun "İnstaqram"da ildə 40 milyon dollar qazandığı təxmin edilir ki, bu da futbolçunun Turin təmsilçisindəki maaşından çoxdur.

Qeyd edək ki, Ronaldo "İnstaqram"da 300 milyondan çox izləyicisi olan ən populyar insandır.