"Bəzən futbol çox qəddar, məyusedici, bəzən də gözəl olur"
Digər

"Bəzən futbol çox qəddar, məyusedici, bəzən də gözəl olur"

  • 2021-06-30

Fransa millisinin üzvü Pol Poqba Avro-2020-nin 1/8 finalında İsveçrəyə uduzaraq turnirdə mübarizəni dayandırdıqları matç haqqında fikirlərini bölüşüb.

29 yaşlı yarımmüdafiəçi bu barədə öz İnstaqram hesabında etdiyi paylaşımda yazıb:

"Bəzən futbol çox qəddar, məyusedici, bəzən də gözəl olur. Bu oyun bizə kədər, rəqibimizə isə xoşbəxtlik gətirdi. Futbolun gözəlliyi budur. Əlbəttəi, hamımız müsbət nəticə əldə etmək istəyirdik. Bütün dünyada bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Sizi görmək və eşitmək, qələbələri sizinlə qeyd etmək çox yaxşı idi. Bütün matçlar boyu bizə ümid və sevinc bəxş etdiniz. Başımızı dik tutub, daha güclü qayıdacağıq. Həmçinin, İsveçrə millisini təbrik etmək istəyirəm".

Xatırladaq ki, Fransa İsveçrəyə ilə matçın əsas və əlavə vaxtında 3:3 hesablı heç-heçə etsə də, penaltilər seriyasında 4:5 hesabı ilə uduzub.