Devid Bekhem “Şöhrət zalı”nda
- 2021-05-20
Daha bir futbolçunun adı İngltərə Premyer Liqasının “Şöhrət zalı”na daxil edilib.
“Mançester Yunayted”in sabiq oyunçusu Devid Bekhemdir.
O, 1993-2003-cü illərdə “qırmızı şeytanlar”da oynayıb. Hazırda “İnter Mayami”nin sahibi olan keçmiş futbolçu Premyer Liqada 265 matçda 62 qol vurub və 80 qolun ötürməsini verib.
Qeyd edək ki, daha əvvəl “Şöhrət zalı”na 7 oyunçunun adı daxil edilib.