Tomas Müllerin məğlubiyyətlə bağlı fikirləri
Digər

Tomas Müllerin məğlubiyyətlə bağlı fikirləri

  • 2021-06-30

Almaniya milisinin futbolçusu Tomas Müller “Avro-2020”nin 1/8 finaında İngiltərəyə məğlubiyyətlə (0:2) bağlı fikirlərini bildirib

Yarımmüdafiəçi oyunun sonlarına yaxın rəqib qapıçı ilə təkbətətə çıxsa da, bu imkandan istifadə edə bilməyib.

Tomas Müller İnstaqram hesabında yazıb: “Bu anı mən uzun müddət xatırlayacağam, yuxuma girəcək. Sən işləyir, çalışır, futbolla yaşayırsan. Həmin vaxt hər şey məndən asılı idi. Mən komandamı oyuna qaytara və bütün millətimə sevinc bəxş edə bilərdim. Mənə indi komanda yoldaşlarıma, məşqçimə, ən çox isə azarkeşlərə görə dəhşətli dərəcədə ağırdır ki, bu imkanı qola çevirə bilmədim”.