Fransalı futbolçuların ailələri arasında gərginlik baş verib
Digər

Fransalı futbolçuların ailələri arasında gərginlik baş verib

  • 2021-06-30

“Avro-2020”nin 1/8 finalının Fransa – İsveçrə oyunu zamanı tribunada futbolçuların ailələri arasında gərginlik yaşanıb.

“RMC Sport”a əsasən, Adrian Rabyonun anası Veronika Rabyo Pol Poqba və Kilian Mbappenin ailələri ilə mübahisə edib. Hadisə penaltilər seriyasında Mbappenin zərbəni dəqiq vurmamasından sonra yaranıb.

Veronika Rabyo Poqba və Mbappenin ailələrinin oturduğu yerə yaxınlaşıb. O, əvvəlcə İsveçrənin üçüncü qoluna səbəb olan top itkisinə görə Poqbanı günahlandırıb. Sonra isə Mbappenin atasını oğluna dərs keçməyə, ona lovğa olmamağa öyrətməyə çağırıb. Veronika Rabyo söhbətə müdaxilə edən Mbappenin anası ilə də mübahisə edib. Matçın final fitindən sonra V.Rabyo 20 dəqiqəyə yaxın deyinməkdə davam edib. Futbolçuların ailələri onun hərəkətini təəccüblə qarşılayıblar.

Qeyd edək ki, İsveçrə hesabı 3:3 edəndən sonra meydanda da futbolçular arasında söz atışması olub. Rabyo Poqbaya topu itirdiyinə görə etirazını bildirib. Yalnız baş məşqçi Didye Deşamın müdaxiləsindən sonra onlar sakitləşiblər.

Xatırladaq ki, Fransa penaltilər seriyasında İsveçrəyə 4:5 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.