"Futbolçular Lövə çox borcludur"
Digər

"Futbolçular Lövə çox borcludur"

  • 2021-06-30

Almaniya millisinin qapıçısı Manuel Noyer Avro-2020-nin 1/8 finalında İngiltərəyə uduzaraq (0:2) mübarizəni dayandırdıqları matç haqqında danışıb.

34 yaşlı qolkiper baş məşqçi Yoahim Lövün yığmadakı karyerasını məğlubiyyətlə bitirdiyinə görə məyus olduğunu deyib:


"Final fitindən sonra ehtiyat oyunçular skamyamıza tərəf baxdım və Lövü görəndə təbii ki, pis oldum. O, möhtəşəm bir insandır. Məşqçi olaraq da bizimlə çox uğur əldə edib. Onun millidəki dövrünün belə bitməsi çox məyusedicidir. Futbolçuların Lövə çox borcu var. Hər şeyin belə bitməsi bizi məyus edir".

Qeyd edək ki, Löv 2016-cı ildən Almaniya millisini çalışdırır. O, yığmanın Avro-2020-də çıxışını başa vurduqdan sonra vəzifəsindən ayrılıb. Bundan sonra isə komandaya Hans-Diter Flik baş məşqçilik edəcək.