Makrondan Mbappeyə dəstək
Digər

Makrondan Mbappeyə dəstək

  • 2021-06-30

Fransanın prezidenti Emmanuel Makron millinin Avro-2020-də İsveçrəyə uduzmasından sonra yığmanın üzvü Kilian Mbappeyə dəstək olub.

"RMC Sport Le Parisien"ə əsasən, 22 yaşlı hücumçu sözügedən görüşdə son penaltini qola çevirə bilmədiyinə görə tənqid edilir. Makron isə Mbappeyə mesaj yazaraq ona dəstək olub.

Qeyd edək ki, Mbappe Avro-2020-də çıxdığı 4 matçın heç birində qol vurmayıb.