Mourinyonun Fransa millisi haqqındakı açıqlamaları
Digər

Mourinyonun Fransa millisi haqqındakı açıqlamaları

  • 2021-06-29

"Roma"nın baş məşçisi Joze Mourinyo Fransa millisinin Avro-2020-nin 1/8 finalında İsveçrəyə uduzaraq (əsas və əlavə vaxt - 3:3, penaltilər seriyası - 4:5) mübarizəni başa vurması haqqında danışıb.

"Talksport"a əsasən, 58 yaşlı mütəxəssis deyib:

"Düşünürəm ki, bu, Fransanın uğursuzluğudur. Onların əla oyunçuları, çox yaxşı məşqçiləri və taktikaları var. Ancaq ulduzların olmadığı İsveçrə bir komanda ruhunda oynadı. Petkoviç inanılmaz bir iş gördü - çətinliklə turnirə vəsiqə qazana bilən bir komandanı ardıcıl olaraq dünya və Avropa çempionatlarının final mərhələsinə yüksələn yığmaya çevirdi.

Düşünürəm ki, İsveçrənin yanaşması belə oldu: "Məğlub ola bilərik, amma gəlin bütün yolları keçək və qürurla meydanı tərk edək. Yerli azarkeşlərimiz bunu qiymətləndirəcəklər. 

Fransaya gəldikdə isə, indi onların yaxşı əhval-ruhiyyədə olduğunu düşünmürəm. Oyun zamanı deyil, oyundan sonra əylənmək lazımdır. Onlar isə çox erkən sevinirdilər".