Messi bombardirlər siyahısında 9-cu pilləyə yüksəldi
Digər

Messi bombardirlər siyahısında 9-cu pilləyə yüksəldi

  • 2021-06-29

Argentina millisinin futbolçusu Lionel Messi Amerika kubokunun qrup mərhələsinin sonuncu turunda Boliviya ilə matçda (4:1) dubl edərək yığma ilə beynəlxalq turnirlərdə vurduğu qolların sayını 75-ə yüksəldib.

Bu barədə FİFA-nın "Tvitter" səhifəsi məlumat yayıb. 34 yaşlı hücumçu bu nəticə ilə milli komandaların bombardirlər siyahısını 9-cu pilləyə yüksəlib.

Milli komandalarda ən çox qol vuran futbolçuların siyahısı

1-2. Ali Daei (İran) — 109 qol
1-2. Kriştiano Ronaldo (Portuqaliya)
3. Moxtar Daxari (Malayziya) — 89
4. Ferents Puşkaş (Macarıstan) — 84
5. Qodfri Çitalu (Zambiya) — 79
6. Hüseyn Said (İraq) — 78
7. Pele (Braziliya) — 77
8. Ali Mabxut (BƏƏ) — 76
9-12. Lionel Messi (Argentina) — 75
9-12. Şandor Koçiş (Macarıstan) - 75
9-12. Kunisiqe Kamamoto (Yaponiya) - 75
9-12. Başar Abdulla (Küveyt) - 75