Cüneyt Çakır yeni rekorda imza atıb
Digər

Cüneyt Çakır yeni rekorda imza atıb

  • 2021-06-29

Türkiyə Futbol Federasiyasının hakimi Cüneyt Çakır Avropa çempionatları tarixində yeni rekorda imza atıb.

Xarici KİV-lərə əsasən, o, buna Avro-2020-nin 1/8 finalında idarə etdiyi İspaniya - Xorvatiya oyunundan (5:3) sonra nail olub. Bununla da, 44 yaşlı referinin Avropa çempionatlarının final mərhələsində baş hakim olduğu matçların sayı 9 olub. C.Çakır Avropa çempionatlarının final mərhələsində ən çox oyun idarə edən hakim olub. O, Andre Friski geridə qoyub.

Cüneyt Çakır Avro-2008 və Avro-2012-nin hərəsində 3, Avro-2020-də isə indiyə kimi 3 qarşılaşmada baş hakim olub.