Avropa çempionatlarında yeni rekord
Digər

Avropa çempionatlarında yeni rekord

  • 2021-06-29

Xorvatiya millisinin futbolçusu Mirslav Orşiç Avro-2020-nin 1/8 finalında İspaniya ilə matçda fərqlənməklə Avropa çempionatlarında yeni rekord müəyyənləşdirib. 

Orşiç 85-ci dəqiqədə rəqibin qapısına yol tapıb. Bu qol Avro-2020-də 109-cu olub. Beləliklə, Avropa çempionatları tarixində yeni rekord qeydə alınıb. İndiyədək qitə turnirlərində vurulan maksimum qol sayı 108-ə bərabər olub (2016-cı il).

Qeyd edək ki, Xorvatiya İspaniyaya 3:5 hesabı ilə uduzmaqla yarışda mübarizəni dayandırıb.