Levandovski "Bavariya" ilə vidalaşdı
Digər

Levandovski "Bavariya" ilə vidalaşdı

  • 2022-08-03

"Bavariya"dan "Barselona"ya keçən Robert Levandovski sabiq klubu ilə vidalaşıb.

Almaniya mətbuatına istinadən, 33 yaşlı hücumçu bu gün səhər klubun bazasına gedib. O, əvvəlcə "Bavariya"nın soyunub-geyinmə otağına baş çəkib və keçmiş komanda yoldaşları ilə vidalaşıb. Levandovski klubun məşqçiləri və fizioterapevtləri ilə də söhbət edib.

Bundan sonra polşalı forvard "Bavariya"nın idman direktoru Hasan Salihamidziç ilə təkbətək söhbətləşib. O, bunun ardından klubun baş direktoru Oliver Kan ilə danışıb. Robert "Bavariya"nın muzeyini də ziyarət edib.

Xəbərdə o da qeyd olunub ki, Levandovski "Bavariya"nın bazasını tərk edərkən, girişdə dayanan bir neçə azarkeş "Hala Madrid" deyə qışqırıb. Buna cavab olaraq futbolçu əlini maşının pəncərəsindən çıxarıb və baş barmağını yuxarı qaldıraraq "əla" işarəsi göstərib.

Qeyd edək ki, Levandovski "Barselona" ilə 4 illik müqavilə imzalayıb.