Neymar həbs təhlükəsi ilə üz-üzə
Digər

Neymar həbs təhlükəsi ilə üz-üzə

  • 2022-07-29

"PSJ"nin və Braziliya millisinin futbolçusu Neymar 2 illik həbs oluna bilər. 

Bu barədə "El Paris" məlumat yayıb. Braziliyadan bir yatırım şirkəti DİS 30 yaşlı hücumçunu məhkəməyə verib. Buna səbəb isə şirkətin Neymarın 2013-cü ildə "Santos"dan "Barselona"ya transferində qanunsuzluq olduğunu düşünməsidir. Belə ki, həmin vaxt bu şirkət oyuçunun transfer haqlarının bir qisminə sahib idi.

İndi isə DİS Neymarın 2 illik həbs olunmasını və "Barselona"nın 150 milyon avro təzminat ödəməsini istəyir.

Qeyd edək ki, Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında  "Barselona"dan "PSJ"yə keçib. Bu, indiyədək tarixin ən bahalı transferi hesab olunur.