Afrikanın ən yaxşı futbolçusu açıqlandı
Digər

Afrikanın ən yaxşı futbolçusu açıqlandı

  • 2022-07-22

Afrika Futbol Konfederasiyası (CAF) 2021/2022 mövsümünün ən yaxşı futbolçusunun adını açıqlayıb.

CAF-ın rəsmi saytına istinadən, "Bavariya"nın yeni transferi Sadio Mane bu ada layiq görülüb.

Seneqallı oyunçu misirli hücumçu Məhəmməd Salahı və "Çelsi"də çıxış edən həmyerlisi futbolçusu Eduar Mendini qabaqlayıb.

Qeyd edək ki, Mane ötən mövsüm "Liverpul"un heyətində ölkə kubokunu və Liqa kubokunu qazanıb, Seneqal yığması ilə Afrika Millətlər Kubokuna sahib çıxıb.