"İngiltərə klubları mənə aldadıldıqlarını söylədilər"
Digər

"İngiltərə klubları mənə aldadıldıqlarını söylədilər"

  • 2021-06-28

La Liqa prezidenti Xavier Tebas Avropa Superliqası layihəsi haqqında danışıb.

O, "Marca"ya açıqlamasında deyib:

"Superliqa yaradılanda "Atletiko" rəhbərliyinə demişdilər ki, layihəyə qatılmaq üçün müqavilə imzalamasalar, "Sevilya"ya təşkilata qoşulmağı təklif edəcəklər. Amma mən əminəm ki, "Sevilya" bundan imtina edərdi. Bəzi İngilis klubları isə mənə müqavilə imzalamağa görə aldadıldıqlarını hiss etdiklərini söyləyirlər”.

Qeyd edək ki, aprelin 18-də  “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real", “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Superliqasını yaratdıqlarını açıqlayıblar. Sonradan "Real", "Barselona" və "Yuventus"dan başqa digər klubun turniri tərk etməsi ilə Avropa Superliqası fəaliyyətini dayandırıb.