"Mançester Siti"nin futbolçusu gündəmə gəldi
Digər

"Mançester Siti"nin futbolçusu gündəmə gəldi

  • 2022-07-18

"Mançester Siti"nin futbolçusu Riyad Mahrez bu dəfə "Tvitter" hesabında bir azarkeşə verdiyi cavabla gündəmə gəlib. 

31 yaşlı yarımmüdafiəçi komanda ilə təlim-məşq toplanışı üçün ABŞ-a gedərkən təyyarənin yanında foto çəkdirərək öz səhifəsində paylaşıb. Şəkildə Mahrezin "İphone" markalı telefonunun sınıq olduğu görünüb. Azarkeşlərdən biri paylaşımın şərh bölməsinə "Mahrez, axı, sənin telefon almaq üçün pulun var" rəyini yazıb. Bundan sonra Riyad yeni bir paylaşım edərək "Telefon almaq üçün "Mançester Siti" ilə müqaviləni uzatmağı gözləyirdim" - deyə şərh yazıb.

Qeyd edək ki, R.Mahrez 2 gün əvvəl "şəhərlilər"lə 3 illik sözləşməyə qol çəkib.