Poqba: "Mançester Yunayted"ə səhv etdiyini göstərəcəyəm"
Digər

Poqba: "Mançester Yunayted"ə səhv etdiyini göstərəcəyəm"

  • 2022-06-17

"Mançester Yunayted"dən ayrılan Pol Poqba klubun onunla müqaviləni yeniləməməkdə səhvə yol verdiyini düşünür.

Bu barədə yarımmüdafiəçi Britaniya mətbuatına açıqlamasında danışıb. O, deyib: 

"Mənim fikrim, "Mançester Yunayted"ə mənə müqavilə təklif etməməkdə səhvə yol verdiklərini göstərməkdir. Mən digər klublara da bunu göstərmək istəyirəm".

Qeyd edək ki, Poqba 2016-cı ildə "Yuventus"dan "Mançester Yunayted"ə keçib.