Növbəti müvsümdədə "Barselona"da oynamaq istəyir
Digər

Növbəti müvsümdədə "Barselona"da oynamaq istəyir

  • 2022-06-13

"Barselona"nın futbolçusu Dani Alveş növbəti mövsüm də klubda qalmaq istəyir.

Bu barədə "Diario Sport" məlumat yayıb. O, artıq 2022/23 mövsümünü səbirsizliklə gözləyir. Bununla belə Kataloniya klubu hələ braziliyalı oyunçuya yeni müqavilə təklif etməyib. Mənbənin məlumatına görə, Dani Alveş "Barselona"dan nə qədər lazım olsa, təklif gözləmək niyyətindədir. Müdafiəçinin məqsədi ən azı Qətərdə keçiriləcək dünya çempionatına qədər ən yüksək səviyyədə çıxış etməkdir.

Qeyd edək ki, Dani Alveş ötən mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 17 oyunda 1 qol vurub və 4 qolun ötürməsini verib.