Alisson Bekker Premyer Liqanın tarixinə düşdü
Digər

Alisson Bekker Premyer Liqanın tarixinə düşdü

  • 2021-05-17

İngiltərə Premyer Liqasının 36-cı turunda bu gün "Vest Bromviç"lə oyunda komandasının qələbə qolunu vuran "Liverpul"un qapıçısı Alisson Bekker rekorda imza atıb.

Braziliyalı qolkiper Premyer Liqa tarixində başla qol vuran ilk qapıçıdır. Bundan başqa o, "Liverpul"da da ilkə imza atıb. 28 yaşlı qolkiper mersisaydlıların heyətində rəsmi oyunda qol vuran ilk qapıçı kimi klubun tarixinə düşüb.


Qeyd edək ki, Bekker hesab 1:1 olarkən - matçın 90+5-ci dəqiqəsində rəqibin cərimə meydançasına gedib və küncdən ötürülən topu başı ilə qapıdan keçirərək komandasına vacib qələbə qazandırıb.