"Real"dan  Benzema qərarı
Digər

"Real"dan Benzema qərarı

  • 2022-06-13

"Real" futbolçusu Kərim Benzema ilə bağlı qərarını verib.

Bu haqda AS qazeti məlumat yayıb. Madrid təmsilçisi digər hücumçuları Luka Yoviç və Mariano Diazın oyunundan narazı olduğundan 34 yaşlı forvardı saxlamaq qərarına gəlib. Tərəflər müqaviləni yeniləyəcəklər. 

Qeyd edək ki, Benzema 2009-cu ildən "Real"da oynayır. Fransalı futbolçunun "kral klubu" ilə müqaviləsi 2023-cü ilin iyununa qədərdir. O, geridə qalan mövsüm bütün yarışlarda 46 oyunda 44 qol vurub və 15 qolun ötürməsini verib.