Messi seriala çəkildi
Digər

Messi seriala çəkildi

  • 2022-06-09

Argentina millisinin və "PSJ"nin futbolçusu Lionel Messi seriala çəkilib.

Bu barədə "Marca" məlumat yayıb. 35 yaşlı hücumçu Latın Amerikasının "Müdafiəçilər" serialının çəkilişlərində iştirak edib. Forvard serialın ikinci mövsümündə epizodik rolu canlandırıb. Messinin səhnəsi 2023-cü ildə yayımlanacaq.

Qeyd edək ki, Lionel Messi Argentina yığmasının bombardiridir. O, milli ilə çıxdığı 162 matçda 86 qol vurub.