"Tottenhem"in futbolçusu ölümdən döndü
- 2022-06-04
"Tottenhem"in braziliyalı futbolçusu Emerson ölkəsində silahlı hücuma məruz qalıb.
"Marca"ya istinadən, quldurlar San-Pauluda 23 yaşlı müdafiəçini soymaq istəyib. O, polisin müdaxiləsindən sonra qurtula bilib.
Polislə soyğunçular arasında atışma baş verib. Emerson 29 güllə atəşinin açıldığı insidentdə yaralanmayıb.
Qeyd edək ki, Emerson 2021-ci ilin yayında "Barselona"dan "Tottenhem"ə keçib.