De Brüyne məşqçilik lisenziyası aldı
Digər

De Brüyne məşqçilik lisenziyası aldı

  • 2022-06-01

"Mançester Siti"nin və Belçika millisinin futbolçusu Kevin de Brüyne UEFA-nın A səviyyəli məşqçilik lisenziyasını alıb.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. UEFA A kateqoriyalı məşqçilik lisenziyası 2-ci səviyyəli hesab olunur. Ən yüksək dərəcə isə Pro kateqoriyasıdır. A səviyyəli məşqçilik lisenziyası ilə 18 yaşadək gənclərdən ibarət komandalara, yüksək divizionlardan olan klubların ikinci komandalarına, eləcə də ölkənin ikinci ən vacib divizionunda çıxış edən komandalara baş məşqçilik etmək mümkündür.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi 2015-ci ildən "Mançester Siti"də, 2010-cu ildən Belçika millisində oynayır.