Kurtuanın lövhəsi əfsanələr xiyabanından çıxarıldı
Digər

Kurtuanın lövhəsi əfsanələr xiyabanından çıxarıldı

  • 2022-05-31

"Real"ın qapıçısı Tibo Kurtuanın "Atletiko"nun ev stadionunda əfsanələr xiyabanındakı löbhəsi aradan qaldırılıb.

Bu barədə "Marca" məlumat yayıb. Lövhə naməlum şəxslər tərəfindən götürülüb.

2014-cü ildə Kurtua "Atletiko" ilə Çempionlar Liqasının finalında "Real"a uduzub. Daha sonra o, "Real"ın heyətində bir neçə gün əvvəl ÇL-in finalında "Liverpul"a qalib gəlib. O, bu dəfə "sağ tərəfdə" olduğunu bildirib. Dünən səhər "Atletiko"nun prezidenti Enrike Serezo Kurtua ilə bağlı suala cavab olaraq deyib ki, əgər kimsə belçikalının lövhəsini çıxarmaq istəyirsə, qoy bir kürək götürüb gəlsin. Bir neçə saatdan sonra isə lövhə həqiqətən yox olub. Buna kimin cavabdeh olduğu hələ məlum deyil.

Qeyd edək ki, 3 gün əvvəl "Real" Vinisius Juniorun qolu ilə "Liverpul"a qalib gəlib. Kurtua matçda 9 qurtarış edib.