UEFA-dan Ukrayna və Belarus ilə bağlı yeni qərar
- 2022-05-28
Ukrayna və Belarus klubları və milli komandaları "UEFA"nın bayrağı altında keçirilən turnirlərdə bir-birinə rəqib ola bilməyəcəklər.
Bu barədə UEFA-nın saytı məlumat yayıb. Qərar dərhal qüvvəyə minib. Növbəti xəbərdarlığa qədər qüvvədə qalacaq.
"Qərar UEFA yarışlarının rahat keçməsini təmin etmək üçün qəbul edilib, çünki komandaların, rəsmi şəxslərin və digər iştirakçıların təhlükəsizliyinə tam təminat vermək mümkün deyil. UEFA İcraiyyə Komitəsi hüquqi və faktiki vəziyyəti daha da inkişaf etdikcə yenidən qiymətləndirmək üçün növbəti iclaslar keçirməyə hazır olacaq" - deyə qurumun bəyanatında bildirilir.
Xatırladaq ki, Rusiya klubları və komandaları Ukrayna hadisələri ilə əlaqədar UEFA-nın himayəsi altında keçirilən yarışlardan kənarlaşdırılıb. Belarus da Rusiyaya dəstək olduğu üçün bu qərarlar verilib.