Benzema : "Salah nə istəsə deyə bilər"
- 2022-05-25
"Real"ın futbolçusu Kərim Benzema "Liverpul"un hücumçusu Məhəmməd Salahın 2017/2018 mövsümünün Çempionlar Liqasının finalındakı məğlubiyyətin qisasını almaq istədikləri barədə fikirlərinə münasibət bildirib.
"Daily Express"ə açıqlamasın Kərim bildirib: "Liverpul" çox arxayındır. Ola bilsin ki, onlar artıq matçı qazandıqlarını və ya "Real"ın əvvəlki gücdə olmadığını, favorit olduqlarını düşünürlər. Salah nə istəsə deyə bilər”.
Xatırladaq ki, “Liverpul” Çempionlar Liqasının 2017/2018 mövsümünün final oyununda “Real”la qarşılaşıb. Görüşdə "Real"ın kapitanı Serxio Ramos Salahı zədələyib və o, ilk hissədə meydanı tərk etməli olub. Matç Madrid klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu mövsümün final oyunu isə mayın 28-də keçiriləcək.