Joan Laporta : PSJ ilə müqavilə bağlayan oyunçular köləliyə razılaşıb"
- 2022-05-25
"Barselona"nın prezidenti Joan Laporta klubun hazırda PSJ-də çıxış edən sabiq futbolçusu Neymar haqqında danışıb.
Joan Laporta funksioner braziliyalı forvardın oyununu bəyəndiyini deyib. Lakin Laporta PSJ-də oynamağı köləliklə müqayisə edib.
"Neymarı kim sevməz? O, müstəsna oyunçudur. Neymarın PSJ ilə daha 4-5 illik müqaviləsi var. PSJ kimi klublarla müqavilə imzalayan oyunçular hamısı köləliyə razılaşıblar. Pul üçün... Əgər sabiq futbolçularımız "Barsa"ya qayıtmaq istəyirsə, deməli aşağı məvacibə razılaşmalıdır. Bu cür transferləri ödəyə bilmərik. Amma vəsaitimiz olsa belə, bunu etməzdik".
Qeyd edək ki, Neymar 207-ci ildə 222 milyon avro qarşılığında PSJ-yə transfer olunub. Həmçinin Lionel Messi də ötən il uzun müddətli danışıqlardan onra "Barselona" ilə müqavilə şərtlərində razılaşa bilmədiyi üçün azad agent kimi Paris təmsilçisinə keçib.