"Atletik Bilbao" baş məşqçisiz qaldı
Digər

"Atletik Bilbao" baş məşqçisiz qaldı

  • 2022-05-25

İspaniyanın "Atletik" (Bilbao) klubu baş məşqçisi Marselino Qarsiya Toralla yollarını ayırıb.

Klubun rəsmi saytında iverilən xəbərdə, 57 yaşlı mütəxəssis özü başa çatan müqaviləsini yeniləmək istəməyib.

"Atletik" La Liqanı 55 xalla 8-ci pillədə başa vurub.

Qeyd edək ki, İspaniya mətbuatı Qarsiyanın klub rəhbərliyi ilə münaqişəsinin olduğu yazmışdı. O, 2021-ci ildən "Atletik"i çalışdırırdı.