Piolinin itən medalı tapıldı
Digər

Piolinin itən medalı tapıldı

  • 2022-05-25

"Milan"ın baş məşqçisi Stefanı Piolinin çempionluğu qeyd edərkən itirdiyi qızıl medalı tapılıb. 

Bu barədə "Sky Sports" məlumat yayıb. 3 nəfər kişi medalı stadiondan tapdıqlarını iddia edərək onu polisə təhvil veriblər. 

Daha əvvəl Piolinin medalının oğurlandığı deyilirdi. A seriyası isə sonradan məqşçiyə yeni medal veriləcəyini açıqlamışdı. 

Qeyd edək ki, "Milan" 2021/22 mövsümündə 86 xal toplayaraq A seriyasının çempionu olub.