Ançelottidən Salahın qisas almaq istəyinə münasibəti
- 2022-05-25
"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının finalında "Liverpul"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb .
"Marca"da verirlən xəbərdə , mütəxəssis futbolçusu Məhəmməd Salahın 2018-ci ildə ÇL-in finalında "mersisaydlılar"a uduzmalarının (1:3) qisasını almaq istəməsi barədə açıqlamalarına da münasibət bildirib. Ançelotti deyib:
“Real” 1981-ci ildə Avropa kubokunun finalında da Parisdə “Liverpul”a uduzub. Deməli, bizdə də qisas almaq istəyi var. Finaldakı oyunumuz qalib gəlməyə layiq olub-olmadığımızı göstərəcək. Fədakarlıq və motivasiya baxımından heç kim bizdən üstün olmayıb. Düşünürəm ki, qalib gəlmək üçün bu kifayət deyil, amma vacibdir. "Liverpul"a böyük hörmətimiz var, çox yaxşı komandadır. "Liverpul"a qarşı final oyunu üçün həyəcanlıyıq".
Qeyd edək ki, Çempionlar Liqasının finalı mayın 28-də Parisdə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.