Tuhel hücumçudakı effektivlikdən narazıdır
- 2022-05-25
"Çelsi"nin baş məşqçisi Tomas Tuhel komandasının hücumçularından narazıdır.
Tomas Tuhel "The Guardian"a açıqlama verib . Tuhel : “Əgər yeni oyunçu transfer etməsək, o zaman əlimizdə olan futbolçularla problemimizi həll etməyə çalışacağıq. Ancaq bir çox təkmilləşdirmə variantları var. “Çelsi”nin hücumçularından əldə etdiyi statistika bizə “Liverpul” və “Mançester Siti”ni məğlub etməyə imkan vermir. Premyer Liqada ilk iki komandaya yaxınlaşmaq istəyiriksə, bu xəttdə üstünlüyə ehtiyacımız var. Mən xəbərdarlıq etmirəm və heç kimi günahlandırmıram. Amma bizə bütün futbolçulardan super effektivlik lazımdır. Bunu sırf dəyişiklik olsun deyə demirəm. Bizim oyunçular həqiqətən performans və ötürmə baxımından böyük rəqəmlərə sahib deyillər".
Qeyd edək ki, "Çelsi" Premyer Liqanın 2021/22 mövsümünü 73 xalla 3-cü pillədə başa vurub.