Piolinin çempionluq medalı oğurlandı
- 2022-05-23
"Milan"ın baş məşqçisi Stefano Piolinin çempionluq medalı oğurlanıb.
"Football İtalia"ya istinadən, bu barədə mütəxəssisin özü məlumat verib. O, hadisənin stadionda çempionluğu qeyd etdikləri zaman baş verdiyini deyib: "Çempionluq medalım oğurlandı, kimsə onu boynumdan qopardı. Onu mənə qaytarsalar, minnətdar olaram. Çünki bu, məndə olan yeganə çempionluq medalıdır".
Qeyd edək ki, Pioli 2019-cu ildən "Milan"ı çalışdırır. Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Xatırladaq ki, İtaliya çempionatının son turunda "Milan" "Sassuolo"nu 3:0 hesabı ilə məğlub edib tarixində 19-cu dəfə İtaliya çempionu olub.