"Futbolçular "Mançester Siti"yə pula görə gedir"
Digər

"Futbolçular "Mançester Siti"yə pula görə gedir"

  • 2022-05-11

"Mançester Yunayted"in və Fransa yığmasının sabiq müdafiəçisi Patris Evra "Mançester Siti" və "Real"ın tarixini müqayisə edib.

"Prime Video"ya istinadən, o, bu klublarının Çempionlar Liqasının yarımfinaldakı cavab oyununu da xatırladaraq deyib: "Mançester Siti" "Real"a qarşı səhv etdi. Bu klub mənə "PSJ"ni xatırladır. Bu klublar ancaq pula əsaslanır.

"Real"ın da pulu var, amma onların tarixi də var. "Mançester Siti"nin ancaq pulu var, futbolçular isə ora ancaq ona görə gedirlər. Əlbəttə, kuboklar qazanırlar, lakin oyunçu "Mançester Siti"ni ona daha çox pul ödənildiyi üçün seçir".