Aprel ayı üçün dünyanın ən yaxşı 300 klubu
Digər

Aprel ayı üçün dünyanın ən yaxşı 300 klubu

  • 2022-05-10

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin aprel ayı üçün dünyanın ən yaxşı 300 klubunun yer aldığı siyahını açıqlayıb.

Qurumun saytına istinadən, siyahıda Azərbaycandan 2 klub yer alıb. "Qarabağ" 133 xalla 99-cu pillədə qərarlaşıb. Bundan əvvəlki reytinqlə müqayisədə 7 pillə irəliləyən Ağdam təmsilçisi "Mamelodi Sandaunz" (Cənubi Afrika), "Bayer" (Almaniya, Leverkuzen) klubları ilə eyni xal toplayıb

"Neftçi" isə  87 xalla 16 pillə irəliləyərək 221-ci yerə yüksəlib. Bakı təmsilçisi "Kolon Santa Fe", "Nyuells Old Boys" (hər ikisi Argentina) və "Dandolk" (İrlandiya) komandaları ilə eyni xala malikdir.

Qeyd edək ki, siyahıya  305 xalla "Çelsi" (İngiltərə) başçılıq edir. "Atletiko Mineyro" (Braziliya) 304 xalla 2-ci, "Palmeyras" (Braziliya) 296 xalla 3-cüdür.