Messinin forması 427 min avroya satıldı
Digər

Messinin forması 427 min avroya satıldı

  • 2022-05-04

"PSJ"nin hücumçusu Lionel Messinin karyerasında 500-cü qolunu vurduğu forması hərracda 427 min 680 avroya satılıb.

Bu barədə "Marca" məlumat yayıb. Argentinalı hücumçu "Barselona"da oynadığı zaman 2017-ci ilin aprelində "Santyaqo Bernabeu"da "Real"a 3:2 hesabı ilə qalib gəldikləri oyunda 500-cü qolunu vurub. Qoldan sonra Lionel formasını çıxararaq tribunalara göstərib.

Qeyd edək ki, Messi 2021-ci ilin yayında "Barselona"dan azad agent kimi ayrılaraq "PSJ"yə keçib.