Mino Rayola dünyasını dəyişdi
Digər

Mino Rayola dünyasını dəyişdi

  • 2022-04-30

Məşhur futbol agenti Mino Rayola dünyasını dəyişib.

Bu barədə Rayolanın ailəsi sosial şəbəkə hesablarında məlumat verib. O, 54 yaşında ağciyər xəstəliyindən vəfat edib.

Rayola Avropada 20-dən çox tanınmış futbolçunun agenti olub. Onların arasında "PSJ"dən Canluici Donnarumma, "Borussiya"dan (Dortmund) Erlinq Haaland, "Milan"dan Zlatan İbrahimoviç, "Yuventus"dan Matteys de Liqt, "Mançester Yunayted"dən Pol Poqba və digər məşhur futbolçular var idi.

Xatırladaq ki, bundan əvvəl xarici mətbuatda Rayolanın ölüm xəbəri yayılsa da, sonradan bu xəbər təkzib olunmuşdu. Onun sərvətinin 60 milyon dollardan çox olduğu bildirilirdi.