İvan Perişiç koronavirusa yoluxdu
- 2021-06-27
Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Perişiç koronavirusa yoluxub.
Bu barədə Xorvatiya Futbol İttifaqının mətbuat xidməti bildirib. Komandada digər test verənlərin nəticələri neqativ olub. Perişiç 10 günlük karantinə alınıb.
Xorvatiya millisi sabah Avro-2020-nin 1/8 finalında İspaniya ilə qarşılaşacaq.
Qeyd edək ki, indiyədək Avro-2020-də İsveç, Slovakiya, Şotlandiya və Portuqaliya millilərində koronavirus yoluxma aşkarlanıb.