Ronaldo övladını itirdi
Digər

Ronaldo övladını itirdi

  • 2022-04-19

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun oğlu dünyasını dəyişib.

Bu barədə 37 yaşlı futbolçu İnstaqram hesabında paylaşım edib.

O, doğuş zamanı əkiz övladlarından birinin vəfat etdiyini bildirib. Körpənin ölüm səbəbi dəqiq bilinmir. Ronaldo qız övladının durumunun isə yaxşı olduğunu yazıb:

"Oğlumuzu təəssüf ki, itirdik. Çox məyusuq. Bir ana və atanın yaşaya biləcəyi ən böyük üzüntüdür. Qızımızın dünyaya gəlməsi bizə az da olsa, yaşama gücü verir".

Qeyd edək ki, Ronaldonun yeni doğulan körpədən başqa dörd övladı var.