"Yuventus"un prezidenti futboldan kənarlaşdırıla bilər
Digər

"Yuventus"un prezidenti futboldan kənarlaşdırıla bilər

  • 2022-04-13

"Yuventus"un prezidenti Andrea Anyelli 1 il müddətinə futboldan kənarlaşdırıla bilər.

Bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. O, futbolçuların transferi zamanı saxta maliyyə hesabatları hazırladığı üçün cəzalanacaq.

Anyelli ilə yanaşı, Turin klubunun sabiq idman direktoru Fabio Paratiçi və hazırkı vitse-prezidenti Pavel Nedvedi də cəza gözləyir. Onlar müvafiq olaraq, 16 ay və 8 ay müddətinə diskvalifikasiya olunacaqlar.

"Yuventus" rəhbərliyi 50 milyon avro məbləğində çirkli pulların yuyulmasında ittiham olunur.