Droqbanın oğlu klubun düşərgəsindən qaçdı
Digər

Droqbanın oğlu klubun düşərgəsindən qaçdı

  • 2022-04-08

Fil Dişi Sahilli millinin sabiq üzvü Didye Droqbanın oğlu İsaak Droqba "Akademika de Koimbra"nın düşərgəsindən qaçıb.

Xarici KİV-lərə istinadən, O, yanvarda Fransadakı imtahanlarını bəhanə edərək Portuqaliya klubunun rəhbərliyindən icazə alıb. 21 yaşlı futbolçu indiyə kimi klubun düşərgəsinə qayıtmayıb. İsaak hətta Portuqaliya təmsilçisindən heç kimlə əlaqə saxlamayıb. 

"Akademiya de Koimbra"nın baş məşqçisi Miqel Karvalyo oyunçunun bu hərəkəti ilə bağlı deyib: "İsaak əyləncəli, sürətli, səviyyəli hücumçudur. Ancaq onun zamana ehtiyacı var idi. Klubun düşərgəsini tərk etdi və qayıdıb-qayıtmayacağı ilə bağlı məlumatımız yoxdur".

İsaak Droqbanın ailəsi isə baş verənlərlə bağlı hər hansı açıqlama verməyib.

Qeyd edək ki, İsaak 2021-ci ilin sentyabrında Portuqaliya təmsilçisi ilə müqavilə imzalayıb.