Lui van Qal xərçəng xəstəliyinə yoluxdu
Digər

Lui van Qal xərçəng xəstəliyinə yoluxdu

  • 2022-04-04

Niderland millisinin baş məşqçisi Lui van Qal xərçəng xəstəliyinə yoluxub.

Bu barədə Britaniyanın "Daily Mail" nəşri məlumat yayıb. 70 yaşlı mütəxəssis teleşouda məlumatı təsdiqləyib. O, prostat xərçəngindən əziyyət çəkdyini söyləyib.

Van Qal uzun müddətdir xəstəliyin ağır formasını keçirdiyini, bunu futbolçulardan gizlətdiyini söyləyib. O, millidəki toplanışlar günləri axşamlar müalicə üçün xəstəxanaya getdiyini deyib: "Futbolçular elə bilirdi ki, mən sağlamam. Amma belə deyil". Məşqçi onu müalicə edən tibb personalına təşəkkür edib. 

Van Qalın bu açıqlamasından sonra onun bir vaxtlar çalışdırdığı "Barselona" və "Mançester Yunayted" klubları mütəxəssisə dəstək mesajı paylaşıblar.

Qeyd edək ki, xəstəliyinə baxmayaraq, Lui van Qal komandasını DÇ-2022-nin final mərhələsinə çıxarmağa nail olub.