Digər

"Avro-2020"nin rəsmi mahnısı təqdim olundu

  • 2021-05-14

Bu yay keçiriləcək Avropa çempionatının rəsmi mahnısı bəlli olub.

Mahnını niderlandlı Martin Qarriks və İrlandiyanın "U2 Bono and The Edge" rok qrupunun üzvləri ifa edir. Mahnı "We Are The People" (Biz insanlar) adlanır.

Xatırladaq ki, iyunun 11-dən iyulun 11-dək keçiriləcək qitə çempionatının oyunları 11 şəhərdə, o cümlədən Bakıda olacaq.