"Mançester Siti" ukraynalı futbolçuya qapılarını açdı
Digər

"Mançester Siti" ukraynalı futbolçuya qapılarını açdı

  • 2022-04-02

Rusiyanın "Torpedo" klubundan ayrılan ukraynalı futbolçu Andrey Kravçuk "Mançester Siti"nin bazasında məşq edəcək. 

Bu barədə 23 yaşlı yarımmüdafiəçi özü açıqlama yayıb. O, "şəhərlilər"ə təşəkkür edib: 

"Torpedo"da yaxşı insanlar var idi. Amma mən ölkəmi işğal edən bir dövlətin təmsilçisində oynayırdım. Buna görə də yeganə seçim klubdan ayrılmaq idi. Orada oynamağa davam etsəydim, Ukraynadakı insanlar məni başa düşməzdi. Çətin anlar yaşadıq. Amma meydançaya qayıdıb, futbol oynamaq mənim üçün çox şey ifadə edir. "Mançester Siti"yə mənə məşq etmək şəraiti yaratdığı üçün minnətdaram".