"Ronaldo mənə həsəd aparır"
Digər

"Ronaldo mənə həsəd aparır"

  • 2021-06-26

Belçika millisinin hücumçusu Romelu Lukaku Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo haqda fikirlərini bölüşüb.

Qeyd edək ki, Belçika və Portuqaliya komandaları iyunun 27-də "Avro-2020"nin 1/8 finalında üz-üzə gələcəklər.

"Sky Sport İtalia"ya əsasən, "İnter"li oyunçu "Yuventus"da çıxış edən həmkarı barədə danışarkən deyib: "O, ötən mövsüm daha çox qol vurub, biz isə İtaliya çempionu olmuşuq. Mənim üçün bu titulu udmaq xüsusi önəm daşıyırdı. Mən Ronaldoya driblinq və zərbələrinə görə həsəd aparıram. Eyni zamanda düşünürəm ki, Ronaldo da gücümə və dəqiqliyimə görə mənə həsəd aparır".