İtaliya millisinin üzvü həbs edildi
Digər

İtaliya millisinin üzvü həbs edildi

  • 2022-03-29

İtaliyanın "Cenoa" klubunun hücumçusu Manolo Portanova həbs edilib.

"ANSA"ya istinadən, 21 yaşlı futbolçu gənc qıza cinsi təcavüzdə ittiham olunur.

2021-ci il mayın 30-da Siena şəhərindəki mənzildə baş verən hadisəyə görə Manolo ilə yanaşı, daha iki nəfər iyunun 7-də məhkəmə qarşısına çıxacaq.

Qeyd edək ki, Portanova İtaliyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının da üzvüdür.